"Sabah" Murad Musayevin rəhbərliyi altında ilk məşqə çıxdı - FOTOLAR

21:15 - 2 Noyabr 2021

"Sabah" yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında ilk məşqə çıxıb.

Sportal.az xəbər verir ki, bu, komandanın ev matçlarını keçirdiyi Masazırda "Bank Respublika Arena"da olub.

Paytax təmsilçisi keçən turda "Qəbələ"ylə səfər matçından sonra 1 günlük istirahətə buraxılmışdı və bu gün növbəti matça hazırlığa 38 yaşlı rusiyalı çalışdırıcısının rəhbərliyi altında başlayıb. Komanda müxtəlif fiziki və taktiki təmrinləri yerinə yetirib.

Xəbər xətti