İngiltərə klubu "Roma"nın sabiq çalışdırıcısı ilə anlaşdı

00:20 - 3 Noyabr 2021

“Aston Villa”da baş məşqçi dəyişikliyi olacaq.

Sportal.az xəbər verir ki, Birmingem təmsilçisinin rəhbərliyi Din Smitin işindən narazıdı. Belə ki, komanda onun rəhbərliyi altında son 4 oyunun hamısında uduzub.

​İngiltərə təmsilçisi artıq Paulo Fonseka ilə danışıqlara başlayıb və onunla ilkin razılıq əldə edib. 48 yaşlı mütəxəssisin son komandası "Roma" olub.

Xəbər xətti