Ronaldo hamını qabaqladı

10:48 - 3 Noyabr 2021

"Mançester Yunayted"də oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Kriştiano Ronaldo ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.

Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı 57 faiz səslə 1-ci olub. 14 faizlik səslə David De Xea 2-ci, 13 faiz səslə hücumçu Markus Reşford 3-cü olub.

Ronaldo Mançester klubunun heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.

Xəbər xətti