"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 4-cü turunda səfərdə "Kayrat"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin müdafiəçisi Rade Duqaliç açıqlama verib:
"Düşünürəm ki, hava oyuna mane olmamalıdır. Biz artıq alışmışıq ki, Almatıda soyuq ola bilər. Bu, futbol üçün normaldır, məncə, yaxşıdır. Hamı gəlib bizi alqışlasa, tribunada, o cümlədən meydanda isti olacaq".
saytlarin hazirlanmasi
