"Murad Musayev ağıllı məşqçidi, "Krasnodar" onun rəhbərliyi altında gözəl oyun oynayırdı"

17:50 - 3 Noyabr 2021

Azərbaycan milli komandasının sabiq futbolçusu Deni Qaysumov Sportal.az saytına açıqlama verib.

Rusiya futboluna bələd olan Qaysumov "Krasnodar"da baş məşqçi kimi çalışmış Murad Musayevin "Sabah"a təyinatından danışıb.

Qaysumov gənc mütəxəssisin Masazır klubuna baş məşqçi təyin olunmasına pozitiv yanaşıb: 

"Murad Musayev çox ağıllı məşqçidi. "Krasnodar"ın futbol akademiyasından əsas komandanın baş məşqçisinə kimi yüksəlib. Avrokuboklarda da təcrübəsi var. Özü də az deyil. Onun rəhbərliyi altında "Krasnodar" gözəl oyun oynayırdı.

"Krasnodar"ın oyunlarına baxmaq xoşuma gəlirdi. "Sabah" güclü baş məşqçi gətirib. Ondan da öyrəniləsi çox şey var. Bu cür məşqçilə çempionat daha rəqabətli və maraqlı olacaq".

Xəbər xətti