"Nyukasl"ın təklifini geri çevirdi

18:30 - 3 Noyabr 2021

Qarşıdakı mövsümdən daha iddialı olacağı gözləniləcək “Nyukasl” baş məşqçi postuna Unai Emerini gətirmək istəyib.

Sportal.az xəbər verir ki, “Vilyareal”ın çalışdırıcısına İngiltərə klubundan dəvət gəlib.

Amma o, təklifdən imtina edib. Əslində Emeri öncə “Nyukasl”ı çalışdırmağa razı olub.

Amma şərtlərdə razılıq əldə olunmayınca, təcrübəli mütəxəssis “Vilyareal”da qalmağa üstünlük verib. 

Xəbər xətti