Millimizin üzvü: "Avropa çempionatında növbəti mərhələyə çıxacağımıza inanıram"

18:45 - 3 Noyabr 2021

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Vassura Sportal.az saytına açıqlama verib.

Millimizin üzvü Niderlandda keçiriləcək Avropa çempionatı öncəsi yığmamızın şanslarını dəyərləndirib.

Onun sözlərinə görə, millimizin Avropa çempionatında qalib olmaq şansı da az deyil: "Avropa çempionatına tam hazır olacam. Qrupumuz güclüdü. İspaniya, Gürcüstan və Bosniya və Herseqovina yığmaları yaxşı komandalardı. Necə olacağını görəcəyik. Bütün oyunlarda şanslarımız 50 faizdi. İnanıram ki, növbəti mərhələyə çıxacağıq. 5-6 ildir ki, birlikdə oynayırıq. Yaxşı komandamız var və növbəti mərhələyə çıxacağıq.

Əlbəttə, şansımız var. Çünki yaxşı komandamız var, iş gedir illərdi. 5-6 ildir ki, birlikdə oynayırıq. Əgər konsentrasiyalı oynasaq, Joze Alesionun deyəcəyini etsək yaxşı oyunlarımız olacaq, növbəti mərhələyə çıxacağıq. Çox istəyərdim ki, çempionatı qalib başa vurarıq. Axı yaxşı komandamız var".

Xəbər xətti