Portuqaliya millisinin üzvü Premyer Liqa klubuna doğru

19:15 - 3 Noyabr 2021

Portuqaliya milli komandasının üzvü Renatu Santuş İngiltərəyə yollana bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçunun “Vulverhempton”a keçmək variantı yaranıb. 

Premyer Liqa təmsilçisi onu hələ yayda transfer edə bilərmiş. Sadəcə Renatu zədəli olduğundan transfer baş tutmamışdı. O, "Vulverhempton"a keçərsə, komandadakı portuqaliyalıların sayı 10-a çatacaq.

Xəbər xətti