“Barselona”ya baş məşqçi təyin olunacağı gözlənilən Xavi rəhbərliyin transfer məsələlərinə daha çox önəm verməli olduğunu bildirib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Erlinq Haalandı transfer edə bilər. “Borussiya”(Dortmund) norveçli forvard üçün 75 milyon avro tələb edir.
Dortmund klubu ilə 2024-cü ilə kimi müqaviləsi olan Haalandın “Barsa”ya keçib-keçməyəcəyi qışda dəqiqləşəcək.
