"Kayrat"ın hücumçusu: "Ağlıma da gəlməzdi ki, 37 yaşına qədər oynayacam"

22:48 - 3 Noyabr 2021

"Kayrat"ın hücumçusu Vaqner Lav Kurban Berdıyevlə işbirliyindən danışıb.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu vaxtilə ÇSKA(Moskva) klubunda oynayarkən Berdıyevin çalışdırdığı “Rubin”ə qarşı oynayıb.

Lav Almatı klubunda Berdıyevin onun baş məşqçisi olmasından söz açıb: "Bu futboldu. Gələcəkdə səni nəyin gözlədiyini bilmirsən. Ağlıma da gəlməzdi ki, 37 yaşına qədər oynayacam. Amma özümü yaxşı hiss edirəm və karyerama davam etmək istəyirəm. Kimin ağlına gələrdi ki, vaxtilə mənə rəqib olan məşqçi Qazaxıstanda mənə rəhbərlik edəcək.

Məncə, Berdıyev özü də bunu təsəvvür etməzdi. Ancaq hər şey belə alındı. Berdıyev futbolu çox yaxşı bilir. O, çox ağıllıdı və ondan öyrənəcəyim çox şey var. Məşqçi kimi çalışmağa başlasam, Berdıyevdən kömək istəyib, onun etdiklərini etməyə çalışacam”.

Xəbər xətti