Poçettino: "Heç-heçəyə görə hamımız təəssüflənirik"

17:23 - 4 Noyabr 2021

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Leypziq”lə 2:2 oynamalarına şərh verib.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssisin fikrincə, parislilər Almaniyada qalib gələ bilərmiş: 

“Oyunumuzdan razı qaldığımı deməyim çətindi. Çünki heç-heçəyə görə hamımız təəssüflənirik. Yetərincə qol epizodları yarada bilirdik. Ki, qalib gələk. Amma ümumilikdə bu nəticə ədalətli idi. “Leypziq” matçını yaxşı analiz etməliyik. “Leypziq”in yaxşı komandası var".

Xəbər xətti