"Liverpul"da 200-cü qələbəsini qazandı

18:57 - 4 Noyabr 2021

Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Liverpul” “Atletiko”ya 2:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, bu qələbə sayəsində Mersisayd təmsilçisi qrup oyunlarının başa çatmasına 2 tur qalmış pley-off mərhələsinə vəsiqə qazanıb. Əldə olunan qələbə komandanın baş məşqçisi Yurgen Klopp üçün də əlamətdar keçib.

Belə ki, almaniyalı “Liverpuı”un baş məşqçisi kimi 200-cü qələbəsini qazanmış olub. Bununla da Klopp “Liverpul”un baş məşqçisi kimi 200 qələbə səddini keçən 5-ci məşqçi kimi tarixə keçib. Rekordçu isə 407 qələbə ilə Bill Şenklidi. Ardınca isə Tom Uotson (329) və Bob Peysli(309) və Kenni Danqliş gəlir(222).

Xəbər xətti