Ukrayna klubunun futbolçusu Azərbaycan millisinə cəlb oluna bilər

19:55 - 4 Noyabr 2021

"Aleksandriya"nın futbolçusu Emil Mustafayev Azərbaycan yığmasında oynaya bilər.

Sportal.az saytının məlumatına görə, Ukrayna klubunda çıxış edən Mustafayevə AFFA dəvət göndərib.

Belə ki, 20 yaşlı futbolçunun U-21 yığmamızda oynamaq ehtimalı var.

Ukrayna çempionatında çıxış edən ən gənc oyunçulardan olan Mustafayevin xidmətində Ukrayna yığması da maraqlıdı.

​Ötən mövsüm “Aleksandriya”nın əsas komandasında debüt etmiş futbolçu bu mövsüm 5 oyunda meydana çıxıb.

Xəbər xətti