Mahir Emreli "Napoli" ilə matçda start heyətində

20:28 - 4 Noyabr 2021

Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” Avropa Liqasının 4-cü turu çərçivəsində “Napoli”yə qarşı oynayacaq.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu bu oyuna start heyətində çıxacaq.

Emrelinin komandasının “Napoli”yə qarşı matçı Bakı vaxtilə 21:45-də başlayacaq.

Millinin hücumçusu cari mövsüm avrokuboklarda 6 qol vurub ki, onlardan birinə də qrup mərhələsində imza atıb.

​Varşava klubu 3 oyundan sonra 6 xalla qrupda 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti