Kurban Berdıyev: "Stas yerində dayansaydı, bəlkə də qol olmayacaqdı"

23:00 - 4 Noyabr 2021

"Kayrat"ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının 4-cü turunun "Qarabağ"a qarşı keçirilən oyunundan sonra mətbuat konfransında danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib: "Ağır oyun oldu. Qapıya 2 zərbə və 2 qol oldu. 

"Oyunumuzun keyfiyyətindən razıyıq, nəticədən yox. İki dəfə 2 əks-hücumdan qol buraxdıq. Uşaqlara dedim ki, işbirliyimiz olandan ən yaxşı oyunumuz idi. 

- Demişdiniz ki, Yaçek Quralski 90 dəqiqə oynamayacaq. Ancaq o, bütün oyunboyu meydanda oldu. Məcburiyyətdən belə oldu?
- Əslində, Yaçeki meydanda sonradan daxil etmək istəyirdik. Sadəcə Polyakov müdafiədə bizə lazım idi.

- Buraxılan ikinci qol müdafiəçilərin səhvi idi?
- Stas Pokatilovla epizodun təkrarına baxdıq. O, çərçivədən çıxmalı deyildi. Əgər yerində qalsaydı, topa çatacaqdı. Stas yerində qalsaydı, bəlkə də qol olmayacaqdı. 

Xəbər xətti