"Millini də dəstəkləmək lazımdı, uduzmaqdan yorulmuşuq"

11:33 - 5 Noyabr 2021

"Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaydım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim".

Sportal.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Qazaxıstan səfərindən qayıtdıqdan sonra Heydər Əliyev adına Beynəlxalq hava limanında report.az-a danışan kiper sözlərinə bu cür davam edib: "Hələ "Omoniya" ilə Bakıda və "Bazel" ilə İsveçrədəki qarşılaşmayadək vaxtımız var. Həftəsonu səfərdə "Sumqayıt"la vacib çempionat matçına çıxacağıq. Daha sonra Azərbaycan millisində heç də az əhəmiyyət kəsb etməyən görüşlərimiz olacaq. Millini də dəstəkləmək lazımdır. Artıq uduzmaqdan yorulmuşuq".

Xəbər xətti