Ukrayna mətbuatı "Qarabağ"ın matçı haqda: "Kayrat" müqavimət göstərsə də, səviyyəli və təcrübəli rəqibinə uduzdu"

14:09 - 5 Noyabr 2021

Ukrayna mətbuatı “Qarabağ”ın Konfrans Liqasının 4-cü turu çərçivəsində “Kayrat”a səfərdə qalib gəlməsindən də yazıb. 

Sportal.az xəbər verir ki, ölkənin tanınmış portallarından olan “UA-Футбол” Ağdam klubunun Almatıdakı zəfərini belə şərh edib: "Kayrat" ilk görüşdə olduğu kimi inadla müqavimət göstərsə də, daha səviyyəli və təcrübəli rəqibinə uduzdu. Qarşılaşmada hər iki komandadan qolları yalnız afrikalılar vurdu.

Hesabı seneqallı açdı, qvineyalı bərabərləşdirdi, qələbə qolunu isə mərakeşli vurdu. “Qazaxıstan-Azərbaycan” hesablaşması bax belə olur. “Qarabağ” qələbə sayəsində özü üçün pley-offa çıxmağı 99 faiz həll etmiş oldu. Çünki aktivində 10 xal var. “Kayrat”ı isə yazda avrokuboklarda dəqiq görməyəcəyik”.

Xəbər xətti