Qətər klubunun direktoru: "Təzminatı ödədikdən sonra rəhbərlik Xavinin “Barselona”ya getməsinə razılıq verdi"

15:15 - 5 Noyabr 2021

“Əl-Sədd” Xavinin “Barselona”ya gedişinə icazə verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Ronald Kumanın gedişindən sonra boş qalan baş məşqçi postuna məhz Xavini gətirmək istəyir.

​Qətər klubunun idman direktoru Turki Əl-Əli isə Xavinin gedişi barədə bunları yazıb: “Klub rəhbərliyi nəzərdə tutulan təzminatı ödədikdən sonra Xavinin “Barselona”ya getməsinə razılıq verdi. Biz “Barselona” ilə gələcəkdə də əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Xavi “Əl-Sədd” tarixinin vacib hissəsidi. Ona gələcək karyerasında uğurlar arzu edirik”.

Xəbər xətti