"Asiyadan başqa təkliflərim çox oldu. Bura elədi ki, yaxşı oynadınsa Asiyada həmişə komanda var sənin üçün. İndoneziya, Malaziya, Hindistandan real ötəkliflər gətirmişdi menecerim. Ancaq pandemiya səbəbindən işim uzanırdı. Nepalda isə hər kəs məni tanıyır. Yenə də isti qarşıladılar. Cəmi 7 oyun oynamışdım, amma elə davrandılar ki, sanki illərdi Nepaldayam".
Bu sözləri Sportal.az saytına açıqlamasında yenidən Nepala, "Maçindra" klubuna yollanan Nurlan Novruzov deyib.
Azərbaycan Premyer Liqasında bombardir olmuş hücumçu özü ilə birlikdə "Qəbələ" və U-21 yığmamızın üzvü Sadiq Quliyevi də bu dəfə Nepala aparıb. O, həmin məsələyə də toxunub: "Liqa noyabrın 15-i başlayacaq. Komanda toplanışdadı, hər şey də qaydasındadı. Bir yoxlama oyunumuz qalıb, ondan sonra toplanış başa çatır.
Sadiq Quliyevin Nepala gəlməsi mənim üçün də yaxşı oldu. Müdafiə xətti əmin əllərdədi(gülür). Onun transferində rolum belə oldu ki, klub prezidentinə Sadiqi məsləhət gördüm. Onun azad agent olması da transferin həyata keçməsində böyük rol oynadı. Açığı, prezident məni tanıyandan Azərbaycana qarşı sevgisi yaranıb. Sadiqin videosunu izlədi və mənə dedi ki "Sadiqi Nepala gəlməsi üçün razı sal". Onunla dostluğumuz olduğundan, razı salmaq elə də çətin olmadı. Əlbəttə ki, tez bir zamanda adaptasiya olacağına inanıram".
