Baş məşqçi axtarışında olan “Nyukasl” daha bir məşqçi ilə danışıqlara başlayıb.
Sportal.az xəbər verir ki, İngiltərə klubu Eddi Haunu razı salmaq niyyətindədi. Premyer Liqa təmsilçisi 43 yaşlı mütəxəssislə 2024-cü ilə qədər müqavilə imzalayacaq.
Antonio Konte, Unai Emeri, Erik ten Haqa ilə görüşən “Nyukasl” rəhbərliyi onların heç biri ilə razılaşa bilməyib.
