Ölkə xaricində oynayan azərbaycanlı: "Avropada qalmaq istəyirəm"

16:39 - 5 Noyabr 2021

"İşlərim normal gedir. Öz durumumdan razı deyiləm. Çünki daha çox qol vurmalıyam. Əlbəttə ki, məğlubiyyətlər hər kəsə pis təsir edir. Amma bu vəziyyətdən də əlimizdən gələnin artığını edərək özümü çıxmalıyıq. Başqa yolumuz yoxdu". Bu sözləri Sportal.az saytına açıqlamasında "Viktoriya Jijkov"da oynayan Fərid Nəbiyev deyib. 


Çexiyada karyerasını davam etdirən yarımmüdafiəçi komandasının çıxışını dəyərləndirib. Bununla yanaşı komandada qalıb-qalmayacağına aydınlıq gətirib: "Əslində son matçlarda pis oynamamışdıq. Yaranan qol imkanlarından yaxşı istifadə edə bilmirdik.

"Viktoriya Jijkov"da qalıb-qalmayacağıma gəlincə, hər şey yaxın vaxtlarda konkretləşəcək. Ancaq indi bütün fikrimi "Viktoriya"nın oyunlarına yönəltmişəm. Düzünü desəm, Azərbaycana geri dönmək haqda fikrim yoxdu. Çünki karyeramı Avropada davam etdirmək niyyətindəyəm. Hər halda gələcəyin işini də bilmək olmaz, görək də".

Xəbər xətti