Qurbanlının komandası qələbə qazandı

10:33 - 7 Noyabr 2021

Moldova çempionatında 17-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb. Qurbanlının komandası səfərdə “Floreşti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə meydana buraxılıb. Keçirdiyi 17 oyunda 20 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti