Dadaşov mövsümdə 2-ci qolunu vurdu

21:16 - 7 Noyabr 2021

Almaniyada Qərbi Regional liqada 15-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Şalke-2” də növbəti matçına çıxıb. Azərbaycan millisində çıxış etmiş Rüfət bu dəfə də meydana çıxıb. Onun komandası səfərdə “Bonner”lə qarşılaşıb və 3:4 hesabı ilə məğlub olub.

​Forvard komandasının 3-cü qoluna imza atıb. Bu isə onun “Şalke-2”nin heyətində bu mövsüm 2-ci qolu olub. Hazırda Helzenkirhen təmsilçisi 13 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti