Renat oynadı, komandası qalib gəldi - VİDEO

22:21 - 7 Noyabr 2021

Poruqaliya yüksək liqasında 11-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın forvardı Renat Dadaşovun formasını geyindiyi "Tondela" növbəti matçına çıxıb.

Dadaşovun komandası "Maritimu"ya 4:2 hesabı ilə qalib gəlib. Yığmamızın forvardı bu matçda 90 dəqiqə meydanda olub. Hazırda 12 xalı olan "Tondela" çempionatın turnir cədvəlində 9-cu pillədə yer alıb.

Xəbər xətti