Namik "Bursaspor" forması ilə növbəti qolunu vurdu - VİDEO

23:17 - 7 Noyabr 2021

Türkiyə 1-ci divizionunda 12-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Namik Ələsgərovun formasını geyindiyi "Bursaspor" "Kocaelispor"la qarşılaşıb. Milli komandamızın futbolçusunun start heyətində meydana çıxdığı görüş "Kocaelispor"un 2:1 hesablı qələbəsilə başa çatıb.

​Ələsgərov 61-ci dəqiqədə penaltidən fərqlənib. O, 84-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti