"Real"dan "Valensiya"

10:12 - 8 Noyabr 2021

“Real”ın hücumçusu Luka Yoviç Madrid klubundan ayrılmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu bir neçə klubdan təklif alıb.

Cari mövsüm "Real"ın heyətində cəmi 7 oyunda meydana çıxan serbiyalı hücumçu İspaniyada qalmaq niyyətindədi.

​“Valensiya”nın onunla yaxından maraqlandığı və qışda heyətinə qata biləcəyi gözlənilir.

 

Xəbər xətti