"Tottenhem" və "Roma" kimi komandalarla oynamaq özü də uğurdu"

15:40 - 8 Noyabr 2021

“Kayrat”la görüşdə “Qarabağ” qalib gəlməyi bacardı. Əslində komandamız layiq idi bu nəticəyə. Həm də “Qarabağ” qrupda 1-ci olmağa layiq idi. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Qarşıdakı oyunlarda da komandamıza uğurlar arzu edirəm”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın veteran futbolçusu Azər Cabbarov deyib.

Vaxtilə Ağdam klubunda çıxış etmiş Cabbarov Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Konfrans Liqasındakı uğurlu çıxışını dəyərləndirib. Onun fikirlərinə görə, təmsilçimiz bu liqada qalib olmaq şansları barədə də danışıb:

​“Tottenhem”, “Roma”, “Kopenhagen”, “Renn” kimi komandalar var liqada. Adıçəkilən komandalarla oynamaq özü də uğurdu. Konfrans Liqasının qalibi olmaq çətin görünür. Ancaq inanıram ki, komandamız yenə də layiqincə çıxış edəcək”.

Xəbər xətti