"Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçuk yenidən Ukraynada işləyə bilər.
Sportal.az xəbər verir ki, onun "Kolos"u çalışdırmaq ehtimalı var.
Belə olacaq halda, o, millimizin futbolçusu Anatoli Nuriyevə də rəhbərlik etmiş olacaq. Qriqorçuk komandanın sükanı arxasına keçməyə çox yaxındı. Belə ki, rəhbərliklə onunla razılığa gələrsə, yaxın günlərdə təyinat ictimaiyyətə açıqlanacaq.
Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi kimi fəaliyyə göstərib.
