Azərbaycan milli komandası dünən DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburq (11 noyabr) və Qətərlə (14 noyabr) yoldaşlıq görüşünün hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, millimiz məhz dünən "Dalğa Arena"da ilk məşqini keçirib.
İlk məşqdə ölkə xaricində çıxış edən 6 futbolçumuzdan yalnız ikisi - Anton Krivotsyuk və Namik Ələsgərov iştirak edib.
Axmaş saatlarında isə düşərgəyə Renat Dadaşov, Araz Abdullayev, Mahir Emreli və Rüstəm Əhməzadə qoşulub. Onlar komandanın bu gün 18:00-da keçirəcəyi 2-ci məşqində iştirak edəcək.
