"Barselona"nın futbolçusu meydana çıxmaq istəməyib?

12:30 - 9 Noyabr 2021

“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo İspaniya çempionatının 13-cü turu çərçivəsində “Selta”(3:3) ilə görüşdə meydana əvəzetmədən çıxmaqdan imtina etməsilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.

Sportal.az xəbər verir ki, braziliyalı yayılan söhbətləri yalanlayıb:

“Evə qayıdanda, bu xəbərləri görəndə təəccübləndim. Həyatımda daim peşəkarlıq nümayiş etdirmişəm. İşlədiyim bütün insanlara hər zaman hörmətlə yanaşmışam”.

Koutinyo bu matçda ehtiyat oyunçular skamyasında qalıb və meydana daxil olmayıb.

Xəbər xətti