Kriştiano Ronaldo "Mançester Yunayted"i tərk edə bilər.
Sportal.az xəbər verir ki, əgər Mançester təmsilçisi qarşıdakı mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, o, komandadan ayrılacaq.
Məlumata görə, portuqaliyalı komandasının İngiltərə Premyer Liqasındakı çıxışından narazıdı. Ronaldo Avropa Liqası və Konfrans Liqasında çıxış etmək istəmədiyinə görə, Mançesteri tərk edə bilər.
Hazırda omnun komandası 6-cı pillədə qərarlaşıb.
