“Barselona”nın prezidenti Joan Laporta Xavinin köməkçilərinin kim olacağı ehtimalından da danışıb.
Sportal.az xəbər verir ki, “Barsa”nın yeni baş məşqçisinin komandanın eks oyunçularını özünə köməkçi çağıra biləcəyini ehtimal edib.
Onun sözlərinə görə, Karles Puyol və Dani Alveş komandada çalışa bilər: “Dani Alveş kluba çox kömək ola bilər. O, özü də bizə özünü köməkçi kimi təklif edib. Puyolla çox yaxın münasibətimiz var. Əgər Xavi istəyərsə, onlar komandamıza kömək ola bilər”.
