Azərbaycan yığması Belçikaya qarşı

10:23 - 10 Noyabr 2021

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək oyunda Belçika yığması ilə qarşılaşacaq. Qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakim idarə edəcək:
 

21:00 Azərbaycan (U-19) - Belçika (U-19)

Baş hakim: Luka Bilbiya

Baş hakimin köməkçiləri: Aleksandar Smilyanic (Bosniya və Herseqovina), Dani Dias Balsa (Lüksemburq)

Dördüncü hakim: Sedrik Biever (Lüksemburq)

 

Xəbər xətti