Bu gün Azərbaycan kubokunda püşkatma olacaq

12:07 - 10 Noyabr 2021

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayacaq.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

Xəbər xətti