“Verona”nın hücumçusu Covanni Simeone karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu “Vest Hem”in maraq dairəsinə düşüb. London təmsilçisi onu qışda transfer etmək üçün klubuna müraciət edib.
26 yaşlı hücumçu “Kalyari”yə məxsus olsa da, “Verona”da icarə əsasında çıxış edir.
