Stiven Cerrard Premyer Liqa klubunda

12:55 - 10 Noyabr 2021

"Reyncers"in baş məşqçisi Stiven Cerrard Premyer Liqada çalışmağa yaxındı.

Sportal.az xəbər verir ki, o, "Aston Villa"ya rəhbərlik edə bilər.

Cerrard bu həftədən etibarən Birmingemdə klubunu çalışdırmağa başlayacaq.

"Aston Villa" və "Reyncers" isə təzminat məsələsində razılıq əldə etməyə yaxındı. İngiltərə millisinin sabiq üzvü bu postda noyabr ayının 7-də işindən qovulan Din Smiti əvəzləyəcək. 

Xəbər xətti