"Mançester Yunayted"in hücumçusu Edinson Kavani məşqlərə qayıdacağı vaxt haqda danışıb.
Sportal.az xəbər verir ki, uruqvaylı forvard məsələ haqda bu cür danışıb: "Tottenhem"lə matçdan sonra problemlər qayıtdı. Bu, sadə zədə deyil. Ona görə də müalicə kursu keçmək istəyirəm. Düşünürəm ki, yaxın vaxtlarda qayıdacam".
Kavaninin qışda Mançesteri tərk edərək başqa kluba keçəcəyi bildirilir. Buna səbəb isə Kriştiano Ronaldonun gəlişindən sonra əsas heyətə düşə bilməməsidi.
