Qətər milli komandası Azərbaycanla oyun öncəsi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, ərəblərin kapitanı Hasan Al-Haydos zədələndiyi üçün həm Azərbaycan, həm də noyabrın 11-də Serbiyaya qarşı keçiriləcək matçı buraxmalı olacaq.
Azərbaycan - Qətər matçı noyabrın 14-də saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
