"Səbail" baş məşqçi Aftandil Hacıyev və Nikolas Rayselə qarşı AFFA İntizam Komitəsinin çıxardığı qərardan narazı qalıb.
Sportal.az xəbər verir ki, klub İntizam Komitəsinin cəzalarını ağır hesab etdiklərinə görə apellyasiya müraciət edəcək.
İntizam Komitəsi Nikolas Rayseli səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəbindən 4 oyunluq diskvalifikasiyaya məruz qoyub. Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq cəzalandırılıb. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.(report)
