Azərbaycan kuboku: 1/8 final mərhələsinin cütlükləri bəlli oldu

15:19 - 10 Noyabr 2021

Bu gün Azərbaycan kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayıb.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib.
 

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

Azərbaycan kuboku, 1/8 final mərhələsi

"Qəbələ" – MOİK

"Keşlə" – "Qaradağ Lökbatan"

"Sabah" – "Kəpəz"

"Səbail" – "Zaqatala"

Xəbər xətti