"Uotford" yeni futbolçu ilə güclənib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sparta"dan Maduka Okoyeni heyətinə qatıb.
Rotterdam klubunun 22 yaşlı qapıçısı "Uotford"la 5 illik müqavilə imzalayıb. Okoye 2022-ci ilin yanvarında “Uotford”a qoşulacaq.
Premyer Liqa klubu Nigeriya millisinin də üzvü olan qapıçı üçün 7 milyon avro ödəyib.
