Paytaxt klubunda ciddi itki

16:29 - 10 Noyabr 2021

"Atletiko"nunu (Madrid) müdafiəçisi Kiran Trippyer zədələnib.

Sportal.az xəbər verir ki, Primeronun 13-cü turunun "Valensiya" ilə matçında (3:3)  zədələnən ingilis futbolçu bir neçə həftə meydanlardan uzaq qalacaq.

Trippyer "Valensiya" ilə səfərdə keçirilən görüşün 8-ci dəqiqəsində zədələnərək, oyunu vaxtından əvvəl tərk etmək məcburiyyətində qalmışdı.İngiltərə millisinin üzvü 2019-cu ildə "Tottenhem"dən "Atletiko"ya keçmişdi.

Xəbər xətti