Lüksemburq milli komandasının kapitanı Loran Yans DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, futbolçu sabah Bakıda keçiriləcək oyunla bağlı bunları deyib:
"Azərbaycanla keçirdiyimiz ilk oyun eynisəviyyədə keçmişdi. Amma ümumilikdə biz ilk oyunu daha yaxşl keçirmişdik. Xüsusilə də ilk yarıda yaxşı oynamışdıq. Sabah isə qələbə üçün oynayacağıq. Halbuki Azərbaycan evdə daha yaxşı oynayır. Amma bu, bizim qələbə qazanmaq istəyimizə mane olmayacaq".
