Lüksemburq millisinin üzvü: "Serbiyaya qarşı oynadığımız kimi oynasaq Bakıda 3 xal qazanacağıq"

13:28 - 11 Noyabr 2021

Lüksemburq millisinin futbolçusu Dioqo Pimentel bu gün DÇ-2022-nin  seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oynayacağı matçla bağlı danışıb.

Sportal.az xəbər verir ki, Azərbaycanla matç Pimentel üçün debüt görüşü ola bilər:

"Bakıda da Serbiyaya qarşı oynadığımız kimi oynasaq, 3 xalı qazanacağıq. Millidə debüt etməyə hazırammı? Səbirsizliklə gözləyirəm. Lazım olarsa, 1 il də gözləyə bilərəm. Hələ ki, məşqlərimə davam edəcəm. Klubumda da yaxşı oynamağa davam edəcəm ki, milliyə dəvət edilim". (Tageblatt)

Xəbər xətti