Son vaxtlar adı İtaliya millisi ilə hallanan Karlo Ançelotti yayılan söz-söhbətlərə açıqlama gətirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis onun üçün İtaliya millisində işləməyin maraqsız olduğunu deyib:
“Gündəlik işi daha çox bəyənirəm. Əslində, milli komandada işləmək haqda düşünmüşdüm. Ancaq onunla maraqlanmadım”.
Ançelotti məşqçi karyerası ərzində yalnız 1992-1995-ci illərdə İtaliya millisində köməkçi kimi işləyib. O, “Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bavariya”, “Napoli”, “Everton” klublarını çalışdırıb.
