"Aston Villa"nın yeni baş məşqçisi Stiven Cerrard Birmingem klubuna yeni təyinatı barədə danışıb.
Sportal.az xəbər verir ki, o, Birmingem klubuna keçidi haqda bunları deyib:
"Aston Villa" böyük tarixi və adət-ənənələri olan klubdu. Bu klubun baş məşqçisi olduğuma görə fəxr edirəm. Rəhbərliklə danışdıqdan sonra klubun nə qədər iddialı planları olduğunu gördüm. Həmin məqsədlərə çatmaq üçün komandaya kömək edəcəyim günü səbirsizliklə gözləyirəm. "Reyncers"də mənə şans tanıyan hamıya təşəkkür edir və onlara gələcəkdə uğurlar arzu edirəm".
