Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qalib gəlməklə 2 rekorda imza atıb.
Sportal.az xəbər verir ki, Lüksemburq yığması 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 9-a çatdırıb ki, bu da onlar üçün Dünya çempionatlarının seçmə mərhələlərində rekord xal olub. Onlar indiyə qədər maksimum 6 xal toplaya bilmişdi.
DÇ-2018-in seçmə mərhələsində 8 qol vurmuş lüksemburqlular öz rekordunu bu tsikldə təkrarlayıb.
