Braziliya final mərhələsinə vəsiqə qazandı - VİDEO

10:33 - 12 Noyabr 2021

Braziliya millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, komanda 13-cü turda evdə Kolumbiya millisinə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Lukas Paketa vurub.

Belədə, seçmə mərhələdəki 12-ci oyununda 11-ci qələbəsini qazanan Braziliya dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

​Titenin çalışdırdığı Braziliya yığması Almaniya, Danimarka və ev sahibi Qətərdən sonra mundiala qatılacağı dəqiqləşən 4-cü komanda olub.

Xəbər xətti