Yığmamızın rəqibləri qarşılaşdı, ev sahibləri qalib gəldi - VİDEO

11:52 - 12 Noyabr 2021

AÇ-2023-ün seçmə mərhələsində Azərbaycanın U-21 yığması ilə eyni qrupda yer alan Xorvatiya və Estoniya üz-üzə gəlib.

Sportal.az xəbər verir ki, xorvatlar evdə Estoniyaya şans tanımayıb. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb. Belədə, Estoniya turnir cədvəlində Azərbaycanı keçmək şansından yararlana bilməyib və xalsız qalaraq son pillədəki yerini tərk edə bilməyib.
 

Xəbər xətti