Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Omoniya" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Kipr təmsilçisinin qapıçısı Fabiano Ribeyro sıradan çıxıb. Kipr mətbuatının yazdığına görə, braziliyalı "əlcək sahibi" zədə səbəbində 2020-ci ili başa vurub.
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" matçı noyabrın 25-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi
